"Azərbaycanın 86,6 min kvadrat kilometr ərazisinə anklavlar da daxildir" - Paşinyan AÇIQLADI

 14:42 22.05.2023     445

Azərbaycanın 86,6 min kvadrat kilometr ərazisinə anklavlar da daxildir.

Redaktor.az "Sputnik Armenia"ya istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirdiyi mətbuat konfransında deyib.

"Artsvaşen 29,8 min kv.km əraziyə daxildir və bu hesablamalara görə, anklavlar 86,6 min kv.km əraziyə daxildir. Bu, siyasi mövqedir və məsələnin hüquqi hissəsi müzakirə olunmalıdır", - baş nazir bildirib.

Paşinyan paket şəklində Ermənistan və Azərbaycan ərazilərinin tanınmasına baxılmasını təklif edib. Onun sözlərinə görə, anklavlarla bağlı bir neçə variant var, məsələn, ya sülh sazişi imzalanandan sonra ərazilərin mübadiləsi aparılacaq, ya da heç nə dəyişməyəcək.

Turan İSMAYIL