“Vaşinqtonda sülh müqaviləsi layihəsinin iki maddəsi razılaşdırıldı" - Mirzoyan

 18:16 22.05.2023     411

Ermənistan və Azərbaycan Vaşinqtonda keçirilən dördgünlük görüşdə sülh müqaviləsi layihəsinin iki maddəsi üzrə razılığa gələ biliblər.

Redaktor.az "Sputnik Armenia"ya istinadla xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa məsələləri üzrə dövlət nazirinin müavini Leo Doçerti ilə birgə mətbuat konfransında deyib.

“Vaşinqtonda da müəyyən irəliləyişlər oldu, xüsusən də sülh müqaviləsi layihəsinin iki maddəsi razılaşdırıldı, biz qalan maddələr haqqında səmimi danışa bildik, qeyd edirəm ki, belə danışıqlar zamanı tərəflər bir-birini daha yaxşı başa düşürlər”, - Mirzoyan deyib.

Onun sözlərinə görə, ən mürəkkəb və problemli məsələlərdə tərəflərin mövqeləri çox uzaqdır. Nazir qeyd edib ki, dövlət sərhədinin delimitasiyası məsələsində müəyyənlik Ermənistan üçün vacibdir. O qeyd edib ki, Ermənistan və Azərbaycan regionda nəqliyyat kommunikasiyalarının açılması məsələsində münasibətlərin nizamlanmasına ən yaxın olan ölkələrdir.

Mirzoyan qeyd edib ki, Ermənistan suverenlik və tərəflərin bərabərliyi prinsipləri əsasında regionda kommunikasiyaların açılmasında maraqlıdır.

Turan İSMAYIL