Paşinyanın Qarabağla bağlı bəyanatı Ermənistanı "silkələdi" - Müxalifət üsyana hazırlaşır...

 13:14 23.05.2023     403

Baş nazir Nikol Paşinyanın Dağlıq Qarabağın da daxil olduğu Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı bəyanatı fonunda Ermənistan müxalifət qüvvələri küçə aksiyaları planlaşdırır.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə çərşənbə axşamı keçirilən brifinqdə deputat, “Daşnaksütyun” partiyasının nümayəndəsi İşxan Saqatelyan bildirib.

"Dünən Paşinyan Dağlıq Qarabağın təslim olduğunu, eləcə də son tarixləri açıqladı. Düşünürəm ki, bu mayın 25-də Moskvada Putin və Əliyevlə üç tərəfli görüşdə olacaq. Üçtərəfli bəyanat, daha sonra Kişinyov və Brüsseldə görüşlər, oktyabrda isə təslimiyyəti imzalamağa çalışacaq. Bunun qarşısını almaq üçün 5-6 ay vaxtımız var".

Saqatelyan əlavə edib ki, indiki vəziyyətdə xalqın indiki hakimiyyətə qarşı üsyan etməkdən başqa yolu yoxdur.

Qeyd edək ki, Paşinyan dünən mətbuat konfransında Ermənistanın Qarabağın da daxil olduğu, Azərbaycanın ərazi bütövlüyünü tanıyacağını deyib.

Tunar Altunbay