Qriqoryan Laçın yoluna beynəlxalq müşahidəçilər göndərilməsini istədi

 16:47 24.05.2023     407

"Dağlıq Qarabağa və Laçın dəhlizinə beynəlxalq müşahidəçilər göndərmək lazımdır".

Redaktor.az "Sputnik Armenia"ya istinadla xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiyanın Moskva vilayətində keçirilən milli təhlükəsizlik koordinatorlarının beynəlxalq konfransında deyib.

O, çıxışında qeyd edib ki, aprelin 23-də Azərbaycan Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında olan Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi yerləşdirib. Qriqoryan iddia edib ki, bu, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın kobud şəkildə pozulmasıdır.

Bununla bağlı Qriqoryan Qarabağ əhalisinin hüquq və təhlükəsizliyinin təmin edilməsi mexanizminin yaradılmasının vacibliyini, həmçinin Laçın dəhlizinə və Qarabağa müşahidəçilərin göndərilməsinin vacibliyini qeyd edib.

Qriqoryan onu da qeyd edib ki, Ermənistan və Azərbaycan 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü tanıyıb. 

Turan İSMAYIL