Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını parlamentdə də TƏSDİQLƏDİ
Azərbaycanla Ermənistan arasında növbəti addım sərhədin çəkiləcəyi xəritələri müəyyən etmək olmalıdır.
Redaktor.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 24-də parlamentin iclasında deyib.
Hökumət rəhbəri bildirib ki, bunun üçün 1975-ci il xəritələri əsas götürülməlidir.
Paşinyan 86,6 min kvadrat kilometr sərhədlər daxilində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha təsdiqləyib.