Kremldən liderlərin görüşü barədə AÇIQLAMA

 11:56 25.05.2023     337

Rusiya Prezidenti Vladimir Putin bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevlə iki ayrı görüş keçirəcək, ardınca liderlər arasında üçtərəfli danışıqlar olacaq.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Onun (Putinin) Azərbaycan prezidenti Əliyev və Ermənistanın baş naziri Paşinyanla iki ikitərəfli görüşü olacaq", - Kremlin sözçüsü bildirib.

"Bundan sonra biz üçtərəfli görüş gözləyirik - Putin, Əliyev, Paşinyan”, - sözçü əlavə edib.

Turan İSMAYIL