Putin Ermənistan və Azərbaycanın ərazi bütövlüyünə dair razılaşmaları vacib ADLANDIRDI

 18:29 25.05.2023     543

Rusiya Prezidenti Vladimir Putin Ermənistan və Azərbaycanın ərazi bütövlüyünün qarşılıqlı tanınması haqqında sazişin olmasını çox vacib sayır.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, Rusiya dövlətinin başçısı bunu mayın 25-də Ali Avrasiya İqtisadi Şurasının iclasında Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan müzakirədən sonra deyib.

"Sizin bayaq dediyiniz - həm Azərbaycan prezidentinin, həm də Ermənistanın baş nazirinin fundamental məsələdə, ərazi bütövlüyü məsələsində prinsipial razılığın olması daha vacibdir”, - Rusiya lideri bildirib.

"Bu, həqiqətən də, ikinci dərəcəli xarakter daşıyan digər məsələlərin razılaşdırılması üçün əsasdır. Baxmayaraq ki, onlar da mühüm əhəmiyyət kəsb edir", - o əlavə edib.

Turan İSMAYIL