Paşinyan Naxçıvana kommunikasiyaları açmağa hazır olduğunu bəyan ETDİ

 18:41 25.05.2023     571

Ermənistan keçdikləri ölkələrin suverenliyini və yurisdiksiyasını qorumaq şərti ilə regionda bütün nəqliyyat və iqtisadi kommunikasiyaları blokdan çıxarmağa hazırdır.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə cümə axşamı Ali Avrasiya İqtisadi Şurasının genişləndirilmiş iclasının sonunda çıxış edən Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

"Mən Ermənistanın regionda bütün nəqliyyat və iqtisadi əlaqələri və Ermənistan Respublikasının ərazisindən keçən kommunikasiyaları blokdan çıxarmağa hazır olduğunu təsdiq etmək istəyirəm. Biz onların keçdiyi ölkələrin suverenliyi və yurisdiksiyaları çərçivəsində regional kommunikasiyaları açmağa hazırıq" - deyə o, Azərbaycan Prezidenti İlham Əliyevin Bakının planlarına görə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirməli olan Ermənistan ərazisindən keçən dəhliz haqqında sözlərini şərh edərkən bildirib.

Turan İSMAYIL