Prezidentin Kremldə Putinlə görüşü başladı - FOTO

 20:21 25.05.2023     429

Rusiya prezidenti Vladimir Putin cümə axşamı azərbaycanlı həmkarı İlham Əliyevlə görüşür.

Redaktor.az TASS-a istinadla bildirir ki, Kremldə baş tutan görüşdə söhbətin mövzularından biri, gözlənildiyi kimi, Dağlıq Qarabağ ətrafında nizamlanma olacaq.

Ötən həftənin sonunda Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Ermənistan və Azərbaycandan olan həmkarları Ararat Mirzoyan və Ceyhun Bayramovla görüşüb.

Putinin mətbuat katibi Dmitri Peskovun daha əvvəl bildirdiyi kimi, Putinin cümə axşamı Ermənistanın baş naziri Nikol Paşinyanla da görüşü planlaşdırılır.

Tunar Altunbay

2