NATO Ermənistan-Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını dəstəkləyir - Xavyer Kolomina
NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Azərbaycana səfərə gəlib.
Redaktor.az-ın məlumatına görə, bunu o, özünün tviter hesabında yazıb.
X.Kolomina Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
Hər iki görüşdə NATO-Azərbaycan ikitərəfli əməkdaşlığı, Azərbaycanın enerji təhlükəsizliyində rolu və son danışıqlardan sonra sülh prosesinin vəziyyəti müzakirə edilib.
Xavyer Kolomina qeyd edib ki, NATO Ermənistan-Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını dəstəkləyir.
Turan İSMAYIL