Niderland Kralı İlham Əliyevi təbrik etdi

 11:21 27.05.2023     251

Niderland Kralı Villem-Aleksandr Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Redaktor.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident!

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırır və Azərbaycan xalqına firavanlıq arzu edirəm".