Braziliya Prezidenti Prezidentə təbrik məktubu ünvanladı

 11:54 27.05.2023     262

Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Redaktor.az xəbər verir ki, məktubda deyilir:

"Cənab Prezident!

"Braziliya hökuməti, xalqı adından və şəxsən öz adımdan Zati-alinizi Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edirəm. Azərbaycan xalqına xoşbəxtlik və firavanlıq arzulayıram.

Xalqlarımızın qarşılıqlı mənafeyi naminə ölkələrimizi birləşdirən dostluq əlaqələrini möhkəmləndirmək üçün Braziliyanın Azərbaycanla birgə işləməkdə davam etməyə hazır olduğunu bir daha vurğulayıram.

Möhtərəm cənab Prezident, xahiş edirəm, ən yüksək hörmət və ehtiramımı qəbul edin".