Putin azərbaycanlı alimi təltif etdi

 14:42 27.05.2023     301

Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı alim, geologiya‑mineralogiya elmləri doktoru, professor Vaqif Kərimovu təltif edib.

Redaktor.az xəbər verir ki, RF dövlət başçısı bununla bağlı fərman imzalayıb.

Sənədin mətnində deyilir:

“Serqo Orconikidze adına Rusiya Dövlət Geoloji Kəşfiyyat Universiteti Federal Dövlət Büdcə Ali Təhsil Müəssisəsinin kafedra müdiri Vaqif Yunus oğlu Kərimov elmi-pedaqoji fəaliyyətdə və ixtisaslı mütəxəssislərin hazırlanmasında xidmətlərinə görə Rusiya Federasiyası Prezidentinin Fəxri Fərmanı ilə təltif edilir”.