Ermənistan əsir saxladığı Azərbaycan əsgərlərini qaytarmalıdır - Ayxan Hacızadə

 14:24 28.05.2023     594

“Ermənistan hələ də keçmiş səhvlərindən dərs çıxarmır”.

Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviterdə yazıb.

O bildirib ki, Ermənistan təxribat əməllərinə görə üzr istəmək əvəzinə saxta məlumatlar yayır: “Ermənistan təxribatlara son qoymalı, Azərbaycan Ordusunun əsir saxladığı iki əsgərini geri qaytarmalı və 3890 itkin düşmüş şəxs haqqında məlumat verməlidir”.