Ceyhun Bayramov Türkiyə Prezidentini təbrik etdi

 21:59 28.05.2023     348

“Qardaş Türkiyədə keçirilən növbəti seçkilərdə Prezident Rəcəb Tayyib Ərdoğan və Cümhur İttifaqı tərəfindən qazanılan möhtəşəm qələbə münasibətilə səmimi təbriklərimi çatdırıram!”.

Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov tviterdə bildirib.

“Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin bundan sonra daha da möhkəmlənəcəyinə əminik!” – diplomat vurğulayıb.