Hikmət Hacıyev sabah Qriqoryanla görüşəcək

 16:17 29.05.2023     425

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşəcək.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb. 

Məlumata görə, tərəflər mayın 30-u Bratislavada “GLOBSEC 2023 Bratislava Forum” çərçivəsində panel müzakirələrində iştirak edəcəklər.