“Dəmir yolunun bərpası 3 ilə qədər vaxt aparacaq” - Qriqoryan

 13:11 30.05.2023     419

"Bölgədə dəmir yolu infrastrukturunun fiziki bərpası ilkin olaraq üç ilə qədər çəkə bilər".

Redaktor.az "Sputnik Ermənistan"a istinadla bildirir ki, bunu jurnalistlərə müsahibəsində baş nazirin müavini Mher Qriqoryan deyib.

"Çox şey danışıqlar prosesindən, konsensusa nail olmağın nə qədər mümkün olacağından asılıdır. Xüsusilə, nəhayət onu düzəltmək vacibdir ki, söhbət Ermənistanın yurisdiksiyasında olan suveren infrastrukturdan gedir",- Qriqoryan bildirib.

Onun sözlərinə görə, bundan sonra bütün digər məsələlərin müzakirəsi texniki xarakter daşıyacaq.

Qriqoryan bir daha vurğulayıb ki, regionda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması kontekstində ən real olanı infrastrukturun və dəmir yollarının bərpasıdır.

0, hesab edir ki, bu, hazırda Ermənistanın regionda logistika mərkəzi kimi rolunu artırmaq üçün daha çox ehtimal olunan variantdır:

“Əgər siz regionun dəmir yolu infrastrukturuna nəzər salırsınızsa, o zaman əmin olun ki, ayrı-ayrı hissələrin bərpası regional səviyyədə ciddi logistika həllini əldə etməyə imkan verəcək".

Tunar Altunbay