Sabah Kişinyovda Ermənistanla Azərbaycan arasında sənəd imzalanacaq?

 17:30 30.05.2023     343

Avropa İttifaqı mayın 31-də Ermənistanın baş naziri Nikol Paşinyan, Azərbaycan prezidenti İlham Əliyev, Fransa və Almaniya liderləri Emmanuel Makron və Olaf Şolz, həmçinin Avropa Şurasının sədri Şarl Mişel arasında Avropa siyasi toplantısı -Kişinyov sammiti çərçivəsində “böyük görüş”ə hazırlaşır.

Redaktor.az TASS-a istinadla bildirir ki, bu barədə çərşənbə axşamı Brüsseldə jurnalistlərə Aİ-nin yüksək vəzifəli nümayəndəsi məlumat verib.

"Təsdiq edə bilərəm ki, Ermənistan və Azərbaycan liderlərinin  Prezident Makron və kansler Şolzla birgə böyük görüşü olacaq. Bu, bizim üçün böyük bir işdir və biz bunu səylə hazırlaşırıq",- o deyib.

Diplomat görüşün təfərrüatları və proqramı barədə ətraflı məlumat verməyib.

Bundan əvvəl Paşinyan bildirib ki, Ermənistan və Azərbaycan iyunun 1-də Kişinyovda Avropa Siyasi Birliyinin sammiti çərçivəsində sənədin imzalanması barədə razılığa gələ bilərdilər.

Avropa siyasi icması Makronun təşəbbüsü ilə Avropa İttifaqı tərəfindən yaradılıb. Bu platforma Avropa ölkələrinin qitə boyu fəaliyyətlərinin siyasi koordinasiyası və Aİ-dən kənar tərəfdaşlarla, o cümlədən Ukrayna və Moldova ilə daha sıx dialoq üçün nəzərdə tutulub. Onun ilk sammiti 2022-ci ilin oktyabrında Praqada keçirilib.

Tunar Altunbay