Ermənistan məktəblərində qondarma rejimin bayraqları yığışdırılır? - Nazirdən AÇIQLAMA

 14:34 31.05.2023     366

"Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi məktəblərə ölkənin bayraqlarını lazımi qaydada quraşdırmağı və onlara qulluq etməyi tapşırıb".

Redaktor.az "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, bunu 2022-ci il dövlət büdcəsinin icrasına dair hesabatın müzakirələrində “Hayastan” müxalifət fraksiyasından olan deputat Artur Xaçatryanın sualını cavablandıran nazir Janna Andreasyan deyib.

Deputat bildirib ki, məktəblərin birində yeni təyin olunmuş direktor məktəbin fasadından Dağlıq Qarabağ bayrağını götürüb.

“Mən başa düşmək istəyirəm ki, nazirlikdən belə bir göstəriş olub, yoxsa direktor öz təşəbbüsü ilə hərəkət edib”, - Xaçatryan soruşub.

Nazir isə  cavab verib ki, göstərişlər Ermənistan Respublikasının bayrağına aiddir, başqa göstəriş verilməyib.

“Nə dediyinizi aydınlaşdırmağa çalışacağıq”, - deyə nazir əlavə edib.

Qeyd edək ki, nazirliyin tabeliyində olan qurumlara (ümumtəhsil və idman məktəbləri, universitetlər və s.) Ermənistan Respublikasının bayrağını qaydalara uyğun quraşdırmaq tapşırılıb.

Tunar Altunbay