Paşinyan Kişinyova getdi

 15:31 31.05.2023     252

Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla birlikdə çərşənbə günü Moldovaya işgüzar səfərə gedibş

Redaktor.az "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Kişinyovda baş nazir Avropa Siyasi Birliyinin ikinci sammitində iştirak edəcək.

Sammit çərçivəsində beynəlxalq tərəfdaşlarla ikitərəfli danışıqların aparılması planlaşdırılır.

Moldovanın paytaxtında həmçinin Ermənistanın baş naziri, Fransa prezidenti, Almaniya kansleri, Avropa Şurasının prezidenti və Azərbaycan prezidenti arasında beştərəfli görüş keçiriləcək.

Tunar Altunbay