Prezidentin Şarl Mişel və Paşinyanla növbəti görüşü bu tarixdə olacaq

 20:11 01.06.2023     322

İyulun 21-də Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa Şurasının prezidenti Şarl Mişel arasında növbəti üçtərəfli görüş keçiriləcək.

Redaktor.az xəbər verir ki, bu barədə Moldovada prezident İlham Əliyev, baş nazir Nikol Paşinyan, Avropa Şurasının rəhbəri Şarl Mişel, Almaniya kansleri Olaf Şolz və Fransa prezidenti Emmanuel Makron arasında keçirilən beştərəfli görüşdən sonra jurnalistlərə Şarl Mişel deyib.

“Bugünkü danışıqlar çox məhsuldar keçdi və iyulun 21-də Brüsseldə keçiriləcək görüşə yaxşı hazırlıq oldu. Tərəflər münasibətlərin normallaşması üzərində intensiv işləyir və bu formatda görüşün İspaniyada təkrarlanmasını planlaşdırırlar”, - deyə o əlavə edib (trend).

O, həmçinin Əliyev, Paşinyan, Almaniya kansleri Olaf Şolz və Fransa prezidenti Emmanuel Makronu Avropa Siyasi Birliyinin İspaniyada keçiriləcək növbəti sammiti çərçivəsində görüşə dəvət etmək niyyətində olduğunu açıqlayıb.

"Bu o deməkdir ki, biz Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində daha böyük irəliləyişə nail olmaq üçün Avropa İttifaqı tərəfindən hər şeyi edəcəyik", - Mişel bildirib.