“Ermənistan və Azərbaycan 1975-ci ilin xəritələri əsasında delimitasiya aparmağa hazırdır” - Paşinyan

 23:25 01.06.2023     342

Ermənistanın baş naziri Nikol Paşinyan Moldovanın erməni icması ilə görüşündə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü şərh edərkən İrəvan və Bakının 1975-ci ilin sovet xəritələri əsasında delimitasiya aparmaq barədə ilkin razılığa gəldiklərini bildirib.

Redaktor.az xəbər verir ki,o, ümumilikdə müzakirəni faydalı hesab etdiyini deyib.

Baş nazirin sözlərinə görə, danışıqların birinci bəndi tərəflərin Praqada razılaşdığı Alma-Ata Bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı olub.