Zelenskidən İlham Əliyevlə görüşü barədə paylaşım - VİDEO

 09:22 02.06.2023     371

Ukrayna Prezidenti Volodimir Zelenski azərbaycanlı həmkarı İlham Əliyevlə Moldova paytaxtındakı görüşü barədə paylaşım edib.

Redaktor.az xəbər verir ki, Ukrayna lideri özünün Teleqram kanalında yazıb:

"Avropa Siyasi Birliyinin Zirvə Toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüm.

Biz Azərbaycanın Kiyev vilayətində infrastruktur obyektlərinin bərpasında iştirakını yüksək qiymətləndiririk. Ölkəmizin gələcək yenidən qurulmasında yardıma ümid edirik. Müharibədən sonrakı dövrdə biz Azərbaycanın Ukraynadakı investisiya layihələrində fəal iştirakını səbirsizliklə gözləyirik.

Biz Azərbaycanın Ukrayna Sülh Formulası əsasında davamlı və ədalətli sülhə nail olmaq üçün Ukraynanın təşəbbüslərinin dəstəklənməsində fəal iştirakını səbirsizliklə gözləyirik".

Turan İSMAYIL