XİN Hindistana başsağlığı verdi

 11:06 03.06.2023     436

Azərbaycan Xarici İşlər Nazirliyi Hindistana başsağlığı verib.

Redaktor.az xəbər verir ki, bu barədə qurumun tviterində paylaşım edilib.

“Hindistanda dəhşətli sərnişin qatarı qəzası xəbəri bizi dərindən kədərləndirdi.

Bu faciəvi qəzada yaxınlarını itirən ailələrə dərin hüznlə başsağlığı verir və Hindistan Respublikası xalqının və hökumətinin kədərini bölüşürük”, - başsağlığında bildirilib.