Ərdoğan İlham Əliyevlə görüşdü - Salon alqışladı- VİDEO

 19:09 03.06.2023     527

Ankarada “Külliye” Prezident Sarayında Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlama mərasimi keçirilir. 

Redaktor.az xəbər verir ki, həmin mərasimdə 21 dövlət başçısı, 13 Baş nazir və bir sıra nazirlərlə yanaşı, aralarında Türk Dövlətləri Təşkilatı, NATO və İslam Əməkdaşlıq Təşkilatı da olmaqla, beynəlxalq təşkilatların nümayəndələri iştirak edir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beştəpədə yerləşən prezident iqamətgahında təşkil edilən andiçmə mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşüb.

Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni kabinetin tərkibini açıqlayacaq.