"2023-cü ilin sonuna kimi sülh sazişi imzalana bilər" - Armen Qriqoryan

 22:17 04.06.2023     442

"Danışıqların intensivliyi və beynəlxalq ictimaiyyətin köməyi davam edərsə, Azərbaycanla sülh müqaviləsi 2023-cü ilin sonuna qədər imzalana bilər".

Redaktor.az "Sputnik Ermənistan"a istinadla bildirir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

"Beştərəfli görüşdən sonra Moldovada müəyyən irəliləyiş müşahidə olunur, lakin hələlik yekun qərar yoxdur, danışıqlar davam etdiriləcək",-  deyə Armen Qriqoryan İctimai Televiziyanın efirində bildirib.

O əlavə edib ki, erməni tərəfi həll yolunu tapmaqda qərarlıdır.

Kreml də daxil olmaqla, artıq aparılan danışıqlara toxunan Qriqoryan qeyd edib ki, Moskva görüşünün niyə cəmi 20 dəqiqə çəkdiyi sualı vasitəçilərə - danışıqları təşkil edən tərəfə ünvanlanmalıdır.

Tunar Altunbay