“Sülhməramlıların bəzilərini ermənilər satın alıb” - Deputat
“Biz uzun illərdir ki, erməni diplomatiyasının riyakarlığından, qeyr-müəyyənliyindən əziyyət çəkirik”.
Redaktor.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Hikmət Babaoğlu son günlərdə ermənilərin bir tərəfdən sülh danışıqları aparması, digər tərəfdən mövqeləri atəşə tutmasına münasibət bildirərkən dedi.
Onun sözlərinə görə, Ermənistan müharibədə kapitulyasiya aktına imza atmasına baxmayaraq bu gün də üzərinə götürdüyü öhdəçilikləri yerinə yetirmir.
“Ermənistan Azərbaycana qarşı müxtəlif səviyyələrdə terror akti həyata keçirir. Son dönəmlərdə isə, rus sülhməramlılarının müvəqqəti məskunlaşdığı ərazilərdən mövqelərimizin atəşə tutulması bir daha onu göstərir ki, onların arasında əlaqənin olması mümkündür. Əks təqdirdə, heç bir halda Azərbaycanın mövqelərini məhz sülhməramlıların nəzarəti altındakı ərazilərdən atəşə tuta bilməzlər. Ancaq bu o demək deyil ki, sülhməramlıların ermənilərin təxribatına göz yumması Rusiya hərbi-siyasi idarəsinin mövqeyi kimi qiymətləndirilməlidir. Bu ,sadəcə sülhməramlıların arasında bəzi idarəedicilərin ermənilər tərəfindən satınalıması nəticəsində mümkün ola bilər. Bu müvəqqəti bir haldır. Ən qısa zamanda Azərbaycan ərazisində nə erməni silahlı birləşmələri qalacaq nə də Rusiya sülhməramlıları”,-deyə deputat fikrini tamamladı.
Arzu İSMAYIL