Milli Məclisin növbəti iclası bu tarixdə keçiriləcək

 14:54 06.06.2023     223

Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası iyunun 9-da keçiriləcək.

Redaktor.az xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova parlamentin iyunun 6-da keçirilən növbədənkənar sessiyasının ilk plenar iclasının yekununda məlumat verib.

Onun sözlərinə görə, iclasın gündəliyi barədə yaxın günlərdə əlavə məlumat veriləcək.