Ceyhun Bayramovun Mirzoyanla görüşü təxirə salındı

 14:21 08.06.2023     401

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ermənistanlı həmkarı Ararat Mirzoyanla ABŞ-da planlaşdırılan danışıqların növbəti raundu təxirə salınıb.

Redaktor.az "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Azərbaycan tərəfinin xahişi ilə gələn həftə Vaşinqtonda keçirilməsi planlaşdırılan müzakirələrin növbəti raundu təxirə salınır. Görüşün yeni tarixi barədə ictimaiyyətə lazımi qaydada məlumat veriləcək", - məlumatda deyilir.

Tunar Altunbay