XİN Türkiyədəki partlayışla bağlı başsağlığı verdi

 13:33 10.06.2023     465

Azərbaycanın Xarici İşlər Nazirliyi Ankarada raket zavodunda baş vermiş partlayışla əlaqədar Türkiyəyə başsağlığı verib.

Redaktor.az xəbər verir ki, bu barədə nazirliyin tviter hesabında qeyd olunub.

Başsağlığında deyilir: “Qardaş Türkiyənin Almadağ qəsəbəsində zavodda partlayış xəbəri bizi çox kədərləndirdi. Dəhşətli hadisə nəticəsində vəfat etmiş soydaşlarımıza rəhmət, yaralılara şəfa diləyir, qardaşlarımızla həmrəyliyimizi ifadə edirik. Başın sağ olsun, Türkiyə!”