Ərdoğanın Azərbaycana səfər PROQRAMI

 16:16 10.06.2023     419

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan mayın 28-də keçirilən prezident seçkilərindən sonra ilk xarici səfərinə hazırlaşır.

Redaktor.az xəbər verir ki, TRT Ərdoğanın səfər proqramını açıqlayıb.

Bildirilib ki, Türkiyə Prezidenti ilk xarici səfərini iyunun 12-də Şimali Kiprə edəcək.

O, Şimali Kipr Prezidenti Ersin Tatar və Baş nazir Ünal Üstel ilə görüşəcək. Ərdoğan təkbətək görüş və iş yeməyindən sonra Prezident sarayında Tatarla birgə mətbuat konfransı keçirəcək.

Görüşlərdə Kiprlə bağlı gələcəkdə atılacaq addımların qiymətləndirilməsi və Şərqi Aralıq dənizindəki hadisələrin müzakirəsi gözlənilir.

Ərdoğan çərşənbə axşamı, iyunun 13-də Azərbaycanda olacaq. O səfər çərçivəsində Prezident İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüş keçirəcək.

İkitərəfli münasibətlərin yaxşılaşdırılması istiqamətində atılacaq addımların və iki ölkə arasında əməkdaşlıq sahələrinin müzakirə olunacağı görüşlərdə regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq.