Tehrandakı Azərbaycan səfirliyi fəaliyyətini bərpa edir? - İran XİN-dən AÇIQLAMA

 23:17 12.06.2023     446

Tehran və Bakı arasında danışıqlar münasibətlərdə gərginlik mərhələsindən Azərbaycanın İran paytaxtında səfirliyinin fəaliyyətinin bərpasının müzakirəsi mərhələsinə keçir.

Redaktor.az "Sputnik"ə istinadla xəbər verir ki, bunu brifinqdə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasser Kənani deyib.

“Müxtəlif vaxtlarda iki ölkənin xarici işlər nazirləri arasında danışıqların dörd raundu keçirilib... Atdığımız diplomatik addımlar nəticəsində biz gərginliyə nəzarət baxımından müsbət nəticə əldə etmişik və hazırda davam edirik. Gərginlik mərhələsindən Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin rəsmi bərpası mərhələsinə keçmək üçün danışıqlar mərhələsidir”, - deyə Kənani bildirib.

O, qeyd edib ki, danışıqların son raundunda iki ölkə arasında yaranmış məsələlər üzrə danışıqlar apara biləcək texniki mütəxəssislərin nümayəndə heyətlərinin mübadiləsi razılaşdırılıb.

Xatırladaq ki, Tehrandakı səfirliyimizə terror hücumundan sonra Azərbaycan İranla diplomatik münasibətləri dayandırıb.

Turan İSMAYIL