"Kommunikasiyalar məsələsində Bakı ilə razılığa gəlmişik" - Simonyan

 13:14 13.06.2023     303

Ermənistan və Azərbaycan regional kommunikasiyaların bloklanması məsələsində razılığa gəliblər, lakin aydınlaşdırılmalı olan texniki məsələlər qalır.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinqdə bildirib.

"Ümumi məsələlərdə qarşılıqlı anlaşma var, hansı yükün hansı marşrutda olması kimi mövcud texniki xarakterli məsələlər həllini gözləyir. Biz bütün yolların açılmasının tərəfdarıyıq",- o deyib.

Xatırladaq ki, regional kommunikasiyaların bloklanması məsələləri ilə Ermənistan, Azərbaycan və Rusiya Federasiyası baş nazirlərinin müavinlərindən ibarət işçi qrupu məşğul olur.

Onun sonuncu iclası iyunun 2-də Moskvada baş tutub.

Ermənistan hökumətinin məlumatına görə, Arazdəyən-Culfa-Meğri-Horadiz marşrutu üzrə dəmir yolu əlaqəsinin bərpası və təşkili üzrə konkret addımların həyata keçirilməsi ilə bağlı ümumi anlaşma əldə olunub.

Tunar Altunbay