Prezident Ərdoğanın hər ailədə azı 5 uşaq təklifinə belə reaksiya verdi  - VİDEO

 17:24 13.06.2023     1531

Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuata bəyanatlarla çıxışları zamanı maraqlı məqam yaşanıb.

Redaktor.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı Azərbaycan əhalisinin sayı məsələsinə toxunaraq “Türkiyədə əhalinin artımı üçün bir ailədə azı 3 uşaq olmasını deyirdim, Azərbaycanda isə bir ailədə azı 5 uşaq olmalıdır” deyə bildirib.

Onun sözlərinə görə, Azərbaycanda əhalinin artımına nail olmaq lazımdır: “Bu olduqda, Azərbaycan daha da güclənəcək”.

Prezident İlham Əliyev isə Ərdoğanın bu təklifinə gülümsəyərək "Çalışacağıq" deyərək reaksiya verib.