İlham Əliyev türkiyəli həmkarı ilə açılışda iştirak etdi

 17:32 13.06.2023     232

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə dövlət səfərində olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Hərbi Hava Qüvvələrinin yeni Mərkəzi Komanda Məntəqəsinin açılışında iştirak ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.