Vaşinqtondan Azərbaycan-Ermənistan danışıqları ilə bağlı AÇIQLAMA

 09:10 14.06.2023     384

"Biz Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Vaşinqtonda keçiriləcək danışıqların növbəti raundunu səbirsizliklə gözləyirik".

Redaktor.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, razılaşma əldə oluna bilər.

"Əvvəlcə dediyimiz kimi, biz hesab edirik ki, qalan məsələlərin həlli üçün birbaşa dialoq əsasdır. Hesab edirik ki, razılıq əldə edilə bilər. Təəssüf ki, bu görüş (əvvəllər nəzərdə tutulmuşdu - red.) qrafiklə bağlı problemlərə görə baş tutmadı və biz yeni tarix təyin etməyi səbirsizliklə gözləyirik”, - Miller bildirib.