Ərdoğan Azərbaycanı təbrik etdi

 14:31 15.06.2023     356

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 iyun - Milli Qurtuluş Günü münasibətilə Azərbaycanı təbrik edib.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə dövlət başçısı tviter səhifəsində paylaşım edib.

“Qardaşımız, can dostumuz, qədim yol dostumuz Azərbaycanın 15 iyun - Milli Qurtuluş Gününü ən səmimi arzularımızla təbrik edirəm. Azərbaycanlı bütün qardaşlarıma Türkiyənin salamlarını çatdırıram”, - Ərdoğan bildirib.