Şahbaz Şərif: "Azərbaycanın Qarabağ üzərində hüququnu hər zaman dəstəkləmişik

 15:13 15.06.2023     220

Pakistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Biz Azərbaycanın Qarabağ üzərində hüququnu hər zaman birmənalı şəkildə dəstəkləmişik.

Redaktor.az xəbər verir ki, bu sözləri Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında söyləyib.

Pakistanın Ermənistanla diplomatik münasibətlər qurmayan bir neçə ölkədən biri olduğunu vurğulayan Baş naziri deyib: “Bu, bizim mənəvi öhdəliyimizdir. Siz yalnız Ermənistanla sülh sazişini imzalayandan sonra bizə bir mesaj versəniz, biz bu məsələyə yenidən baxa bilərik. Bu məsələdə də biz birmənalı olaraq Azərbaycanı dəstəkləyirik”.