Azərbaycanla qardaşlığımız regionda sülhün təminatıdır -Sinan Oğan

 16:32 15.06.2023     198

“Azərbaycanla dost və qardaşlığımız regionda sülh və sabitliyin təminatıdır”.

Redaktor.az xəbər verir ki, bunu Türkiyədə ATA İttifaqından prezidentliyə keçmiş namizəd Sinan Oğan tviter hesabında yazıb.

O, 15 iyun – Milli Qurtuluş Günü münasibətilə Azərbaycanı təbrik edib:

“Dost və qardaş Azərbaycan xalqının 15 iyun – Milli Qurtuluş Gününü təbrik edirəm. 15 iyun həm də Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ildönümüdür. Mübarək olsun!”