"Delimitasiya məsələsində tərəflərin mövqeləri bir-birindən çox uzaqdır" - Kostanyan

 11:57 19.06.2023     243

Ermənistan və Azərbaycan hələ ki, sülh sazişinin bağlanması üçün bir sıra əsas məsələlər, o cümlədən delimitasiya prosesinin hansı ildə baş verməli olduğu xəritə əsasında razılaşdırılmayıb.

Redaktor.az "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, bunu parlamentdə keçirdiyi brifinqdə respublikanın xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib.

“Təəssüf ki, hazırda Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyi və hüquqlarının təminatçıları institutu, Bakı-Stepanakert dialoqu ilə bağlı növbəti delimitasiya prosesinin hansı ilin xəritəsi əsasında baş tutması ilə bağlı razılıq yoxdur. Təəssüf ki, tərəflərin mövqeləri bir-birindən kifayət qədər uzaqdır, lakin iş davam edir”, - deyə o qeyd edib.

Tunar Altunbay