"Qarabağdakı erməni "məmur"lar bilərəkdən sülh prosesinə maneələr törədir" - Tofiq Zülfüqarov

 13:02 19.06.2023     1596

Son günlər istər Qarabağda ermənilər yaşayan ərazilərdən, istərsə də Ermənistan tərəfdən mövqelərimiz intensiv olaraq atəşə tutulur. Həmçinin, Qarabağdakı separatçılar hərbçilərimizin yerləşdiyi mövqelərə yaxın ərazilərdə yeni səngərlər qazırlar. Bununla yanaşı, Ermənistan Azərbaycanla sərhəddə qoşunların sayını artırır. Ermənistan rəhbərliyinin son günlər tez-tez sülhdən danışmasına baxmayaraq, erməni seqmentində sosial şəbəkələrdə müharibənin olmasının vacibliyi ilə bağlı iddialar səslənir.

Bu da öz növbəsində ermənilərin yendən müharibəyə başlamaq ehtimalını artırır.

Bəs, görəsən, yenidən müharibə ola bilərmi?

Məsələ ilə bağlı Redaktor.az-a danışan keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov qeyd etdi ki, ermənilər siyasi səviyyədə Azərbaycanın ərazi bütövlüyünü tanıyıblar, amma praktik işlərdə, bundan əvvəl də olduğu kimi, kobud şəkildə tez-tez atəşkəsi pozurlar.

“Ermənilər Qarabağda anneksiya siyasəti həyata keçirmək istəyir. Bunun sübutu nədir? Xankəndində müxtəlif adlarla özlərinə vəzifə düzəldən adamlar, nazirlər, deputatlar var. Onların hamsının maaşı Ermənistan büdcəsindən verilir. Dövlət büdcəsindən maaş alana məmur deyilir. Ermənistanın məmurları, o cümlədən bu və ya digər güc strukturlarını təmsil eləyən insanlar hələdə öz fəaliyyətini davam etdirirlər. Bu da onu göstəriri ki, Qarabağdakı erməni "məmur"lar bilərəkdən sülh prosesinə maneələr törədir. Və ermənilərin bu hərəkəti Azərbaycanın bəyan elədiyi reinteqrasiya aktına, onların siyasətini göstərir. Bu məsələ öz həllini tapmalıdır. Ermənistan təkcə bəyanatlarla yox, praktik əməllərlə də Azərbaycanın daxili işlərinə son qoymalıdır. Azərbaycan bu məsələni kəskin şəkildə qoyduğuna görə ermənilər bəzi  xarici qüvvələrin dəstəyi ilə müxtəlif təxribatlar edirlər. Vəziyyət hələ də gərgindir. Bu məsələnin gələcəkdə nə şəkildə inkşaf edəcəyi Ermənistanın siyasətində asılıdır”,-deyə o bildirdi.

Arzu İSMAYIL