Azərbaycanın bu ölkədəki konsulluq şöbəsi fəaliyyətini müvəqqəti dayandıracaq
Azərbaycanın Kanadadakı konsulluq şöbəsi müvəqqəti fəaliyyətini dayandıracaq.
Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycanın Kanadadakı səfirliyinin feysbuk səhifəsində məlumat verilib.
"Səfirliyin konsulluq şöbəsi iyunun 30-dan etibarən müvəqqəti olaraq bağlanacaq. Bütün sənədlər avqustun 7-də, konsulluq açıldıqdan sonra qəbul ediləcək və baxılacaq",- deyə səfirlikdən bildirilib.