Paşinyan Qarabağa görə bu dəfə Sarqsyanı ittiham etdi

 14:53 20.06.2023     381

Ermənistanın Baş naziri Nikol Paşinyan üçüncü prezident Serj Sarqsyanı və onun komandasını Azərbaycana müharibəyə daha yaxşı hazırlaşmaq imkanı verməkdə ittiham edib.

Redaktor.az "Sputnik Armenia"ya istinadla xəbər verir ki, o, bu barədə 44 günlük müharibənin şəraitini araşdıran komissiyanın iclasında bildirib.

“Sarqsyan və komandası Qarabağ məsələsinin həlli kontekstində şübhəli bir şüar irəli sürüblər: “pis” danışıqlar “yaxşı müharibə”dən yaxşıdır. Onlar bununla Bakıya müharibəyə hazırlaşmaq üçün vaxt verdiklərini heç vaxt anlamırdılar və ya artıq başa düşməyiblər” - deyən baş nazir xatırladıb ki, Ermənistan tərəfi Sarqsyanın hakimiyyəti illərində çoxsaylı risklər görüb və onları idarə etməyə çalışıb, "Dağlıq Qarabağ"a aralıq status verməyə çalışıb, lakin bu, baş tutmayıb.

Onun sözlərinə görə, Ermənistan tərəfinin Qarabağın statusunu müzakirə etmədən ən azı 5 rayonun Azərbaycana qaytarılması təklifini növbəti dəfə rədd etdikdən sonra 2016-cı ilin aprel müharibəsi başlayıb, 800 hektar ərazinin itirilməsi ilə başa çatıb və şifahi barışıq əldə olunub.

"Qeyd edək ki, 2016-cı ilin aprel müharibəsinin başa çatması ilə bağlı heç bir sənəd yoxdur. Bu o deməkdir ki, 4 günlük müharibə başa çatmayıb. Yəni hansısa şifahi razılıq əldə olunub", - baş nazir bildirib.

Xatırladaq ki, bundan əvvəl Paşinyan birinci prezident Levon Ter-Petrosyanı Qarabağ prosesini qarışdırmaqda, ikinci prezident Robert Köçəryanı isə "Dağlıq Qarabağ"ı danışıqlardan kənarlaşdırmaqda ittiham edib.

Turan İSMAYIL