“Böyük Britaniya və Azərbaycan qlobal təhlükələrə qarşı birlikdə mübarizə aparır” - Leo Dokerti

 00:27 21.06.2023     344

“Böyük Britaniya və Azərbaycan qlobal təhlükələrə qarşı birlikdə mübarizə aparır”.

Redaktor.az xəbər verir ki, bunu Böyük Britaniyanın Avropa regionu üzrə dövlət naziri Leo Dokerti özünün tviter hesabında yazıb.

“5-ci strateji dialoqumuz zamanı Böyük Britaniya-Azərbaycan tərəfdaşlığının genişliyini müzakirə etmək üçün Ceyhun Bayramovu qonaq etməkdən məmnun oldum. Mən təhlükəsizlik, ticarət və mədəniyyət sahələrində daha çox əməkdaşlığa ümid edirəm”, - deyə o, bildirib.

Turan İSMAYIL

2