"Ermənistan Azərbaycan tərəfdən müsbət cavab alıb” - Qriqoryan
“Ölkələr arasında sərhədin delimitasiyası üzrə komissiyaların iclasının keçirilməsi ilə bağlı Ermənistan Azərbaycan tərəfdən müsbət cavab alıb”.
Redaktor.az yerli mediaya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan bildirib.
Danışıqların tarixi və yeri hələ dəqiqləşdirilməyib.