Ceyhun Bayramov britaniyalı həmkarı ilə görüşdü - FOTO
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Londonda keçirilən Ukraynanın Bərpası Konfransı çərçivəsində Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ilə görüşüb.
Redaktor.az xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” hesabında məlumat paylaşılıb.
Görüş zamanı tərəflər Azərbaycan və Böyük Britaniyanın dostluq münasibətlərini müzakirə ediblər.
Onlar, həmçinin ikitərəfli əlaqələrin genişləndirilməsi üçün birgə addımları müzakirə ediblər. Regionda sabitliyin və sülhün təmin edilməsinə yönəlmiş əməkdaşlığın daha da gücləndirilməsi vurğulanıb.
On his working visit to UK, FM @Bayramov_Jeyhun, met w/Foreign Secretary @JamesCleverly. The sides highlighted friendly relations btw & discussed joint steps to expand it. Further strengthening of cooperation aimed at ensuring stability & peace in the region was emphasized. pic.twitter.com/hh9PLuoEqr
— MFA Azerbaijan (@AzerbaijanMFA) June 21, 2023