Avropanın XİN rəhbərləri Ermənistan və Azərbaycan arasında dialoqu müzakirə edəcəklər

 22:02 23.06.2023     409

Avropa İttifaqının (Aİ) Xarici İşlər Nazirləri Şurası bazar ertəsi, iyunun 26-da Lüksemburqda keçiriləcək iclasda Rusiya-Ukrayna müharibəsini və Ermənistan və Azərbaycan arasında dialoqu müzakirə edəcəklər.

Redaktor.az xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

Nazirlər Rusiyanın Ukraynaya təcavüzünü müzakirə etdikdən sonra nazirlər Latın Amerikası və Karib hövzəsi ölkələri arasında münasibətlərə dair fikir mübadiləsi aparacaq, o cümlədən rəqəmsal diplomatiya üzrə debatlar həyata keçirəcək və bu məsələ ilə bağlı nəticələr qəbul edəcəklər.

Bundan əlavə, Avropa İttifaqı Şurasında Tunis, Ermənistan və Azərbaycan, həmçinin Serbiya və Kosovo arasında dialoq müzakirə olunacaq.