"Ağdam-Xankəndi yolu ilə Qarabağın erməni sakinlərinə yardım edilə bilər" - Nazir

 16:42 24.06.2023     236

Xarici işlər naziri Ceyhun Bayramovun iyunun 24-də Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Draqana Kojiç ilə görüşü zamanı Qarabağın erməni sakinlərinə Ağdam-Xankəndi yolundan istifadə etməklə yardım göstərilməsi imkanları müzakirə olunub.

Redaktor.az xəbər verir ki, görüşdə BQXK vasitəsilə erməni sakinlərin tibbi məqsədlər üçün sərhəd məntəqəsindən keçidinə və zəruri tibbi ləvazimatların təchizatına imkan yaratmağa Azərbaycan tərəfinin hazır olduğu bildirilib.

Mövcud vəziyyətlə əlaqədar, erməni sakinlərin digər tədarük ehtiyaclarına gəldikdə, Azərbaycan tərəfinin BQXK vasitəsilə Ağdam-Xankəndi yolundan istifadə etməklə yardım göstərmək imkanının mövcud olduğu qeyd edilib.