UNESCO-nun İcraiyyə Şurasının prezidenti Ceyhun Bayramovla görüşdü

 15:00 25.06.2023     276

UNESCO-nun İcraiyyə Şurasının prezidenti Tamara Rastovac Siamaşvili ölkəmizə səfər edib və Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla görüşüb.

Redaktor.az xəbər verir ki, bu barədə Tamara Rastovac Siamaşvili tviterdə yazıb.

“Azərbaycana səfərimdən və xarici işlər naziri Ceyhun Bayramovla görüşməkdən qürur duydum. Görüşdə UNESCO-nun İcraiyyə Şurasının fəaliyyəti üçün bir sıra mühüm məsələlər ətrafında fikir mübadiləsi apardıq”, - deyə qeyd olunub.

UNESCO-nun İcraiyyə Şurasının prezidenti Ceyhun Bayramovla görüşüb