44 günlük müharibə ilə bağlı 12600 nəfər cinayət işlərinə cəlb olunub - Paşinyan
"44 günlük müharibə və elan edilmiş hərbi vəziyyət dövründə hərbi xidmət qaydalarının əleyhinə olan işlər, o cümlədən digər cinayətlər üzrə başlanmış çoxsaylı cinayət işləri ümumilikdə 12600 nəfərə aiddir".
Redaktor.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan parlamentdə 44 günlük müharibənin araşdırılması üzrə komissiyanın iclasında deyib.
"Cinayət işləri vətəndaşların və hərbi qulluqçuların səfərbərlik çağırışından yayınması, əmri yerinə yetirməməsi, fərarilik, hərbi hissəni özbaşına tərk etmə, özünü şikəst etməklə hərbi xidmətə və ya onun fərdi vəzifələrinə xitam vermə, hərbi xidmət keçməkdən boyun qaçırma ilə və digər hallarla əlaqədardır", - o qeyd edib.